- Transfer
- 15:17 11.03.2026
Los-Anceles Qalaksi'nin futbolçusu Zlatan İbrahimoviç İtaliya A seriyasına qayıda bilər.
Corner.az-ın İtaliya mətbuatına istinadən xəbərinə görə, "Fiorentina" 38 yaşlı hücumçu ilə maraqlanır.
İbrahimoviç açıqlamasında A seriyasında yenidən oynamaq istədiyini bildirib.
Qeyd edək ki, isveçli futbolçu 2018-ci ildə "Mançester Yunayted"də "Los-Anceles Qelaksi"yə keçib. O, karyerası ərzində "Yuventus", "İnter" və "Milan" kimi İtaliya klublarında oynayıb.(qol)