12 avqust 2026. Çərşənbə

“Borussiya” “Köln”ün ulduzu üçün yeni təklif göndərdi


  • Transfer
  • 00:49 12.08.2026
  • Oxunma sayı: 31
“Borussiya” “Köln”ün ulduzu üçün yeni təklif göndərdi

Dortmund “Borussiya”sı “Köln”ün vingeri Səid El-Malaya görə yeni təklif göndərib.

90deqiqe.Az-ın “Sky Sport”a istinadən məlumatına görə, 19 yaşlı alman futbolçunun transferi üçün nəzərdə tutulan ümumi məbləğ 55 milyon avroya çata bilər.

Dortmund təmsilçisi El-Malanı heyətinə qatmaqda israrlıdır və onun transferi üçün mümkün olan maksimum məbləği ödəməyə hazırdır. Bildirilir ki, yeni təklif sabit ödəniş və müxtəlif bonuslardan ibarətdir.

“Borussiya” artıq bir neçə dəfə təklifini artırıb. Daha əvvəl Dortmund klubunun “Köln”ə 50 milyon avro məbləğində təklif göndərdiyi barədə məlumat yayılmışdı.

Qeyd edək ki, El-Mala ötən mövsüm “Köln”ün heyətində 36 oyunda 13 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer