12 avqust 2026. Çərşənbə

Pep Çavarria “Çelsi” ilə uzunmüddətli müqavilə imzaladı


  • Transfer
  • 12:49 12.08.2026
  • Oxunma sayı: 13
Pep Çavarria “Çelsi” ilə uzunmüddətli müqavilə imzaladı

İspaniyalı müdafiəçi Pep Çavarria karyerasını İngiltərənin “Çelsi” klubunda davam etdirəcək.

90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, 28 yaşlı futbolçu London təmsilçisi ilə 2031-ci ilin yayına qədər qüvvədə olacaq müqaviləyə imza atıb.

Çavarria 2022-ci ildən İspaniyanın “Rayo Valyekano” klubunun formasını geyinirdi. Müdafiəçi 2025/2026 mövsümündə La Liqada 33 matçda meydana çıxıb. O, bu görüşlərdə 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Pep Çavarria daha əvvəl İspaniyanın “Saraqosa”, “Olot” və “Fiquras” klublarında da çıxış edib.







Transfer