- Transfer
- 23:45 12.08.2026
İngiltərənin “Mançester Siti” klubu Fransa təmsilçisi “Marsel”in qapıçısı Heronimo Rulyini transfer edib.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
34 yaşlı argentinalı qolkiperlə 2028-ci ilin yayına qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Rulyi daha əvvəl də “Mançester Siti”nin formasını geyinib. O, 2016/2017 mövsümündə İngiltərə klubunun heyətində yer alsa da, rəsmi oyunlarda meydana çıxmayıb.
Heronimo Rulyi “Mançester Siti”yə bu dəfə “Marsel”dən transfer olunub.