- Transfer
- 23:45 12.08.2026
Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət millisinin üzvü Ayxan Abbaszadə karyerasını “İmişli” klubunda davam etdirəcək.
Bölgə təmsilçisindən 90deqiqe.Az-a verilən məlumata görə, gənc qapıçı ilə “2+1” illik müqavilə imzalanıb.
Peşəkar karyerasına “Turan Tovuz”da başlayan 20 yaşlı qolkiper 8 il ərzində bu klubun formasını geyinib.
Ayxan Abbaszadə bundan sonra çıxışını “İmişli”də davam etdirəcək.