13 avqust 2026. Cümə axşamı

“Roma” Nahuel Molinanın transferini rəsmiləşdirib


  • Transfer
  • 23:33 12.08.2026
  • Oxunma sayı: 43
“Roma” Nahuel Molinanın transferini rəsmiləşdirib

İtaliya A Seriyası təmsilçisi “Roma” “Atletiko Madrid”in argentinalı müdafiəçisi Nahuel Molinanı heyətinə qatıb.

90deqiqe.Az-ın məlumatına görə, İtaliya klubu heyətini gücləndirməkdə davam edir. “Portu”nun futbolçusu Mora ilə də anlaşmağa yaxın olan “Roma” argentinalı sağ cinah müdafiəçisinin transferini rəsmiləşdirib.

Nahuel Molina “Roma” ilə 4 illik müqavilə imzalayıb. Paytaxt təmsilçisi 27 yaşlı futbolçunun transferi üçün “Atletiko Madrid”ə 13 milyon avro ödəyəcək.







Transfer