- Transfer
- 23:45 12.08.2026
“İpsviç” Fransanın “Strasburq” klubu ilə hücumçu Xulio Ensisonun transferi barədə prinsipial razılığa gəlib.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə “Sport Witness” məlumat yayıb.
22 yaşlı Paraqvay millisinin üzvünün yaxın saatlarda “İpsviç”in düşərgəsinə yollanacağı və burada tibbi müayinədən keçəcəyi gözlənilir.
Jurnalist Markos Qonsalesin məlumatına görə, transferin məbləği 27-30 milyon avro arasında olacaq. Ensisonun İngiltərə klubu ilə müqaviləsinin isə 2031-ci ilin iyununa qədər nəzərdə tutulduğu bildirilir.
Futbolçu ötən mövsüm “Strasbur”un heyətində keçirdiyi 42 oyunda 12 qol vurub və 9 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Ensiso “İpsviç” üçün tanış simadır. Paraqvaylı futbolçu daha əvvəl bu klubda icarə əsasında çıxış edib. Onun Paraqvay millisində isə 35 oyunda 5 qolu var.