- Transfer
- 23:45 12.08.2026
"Beşiktaş" serbiyalı hücumçu Duşan Vlahoviçin transferini rəsmən açıqlayıb.
90deqiqe.Az-ın məlumatına görə, İstanbul klubu sosial şəbəkə hesabında Vlahoviçin transferinə həsr olunmuş paylaşım yayımlayıb. Qara fonda futbolçunun profilinin təsvir olunduğu iri qızılı sikkə yer alıb. Sikkənin üzərində Vlahoviçin başının ətrafına doğru günəş şüaları təsvir edilib.
Məlumata görə, 26 yaşlı forvard "Beşiktaş"la 3 illik müqavilə imzalayacaq. Onun illik məvacibi 8 milyon avro olacaq. Bonuslarla birlikdə bu rəqəmin 10 milyon avroya çatacağı bildirilir.
Vlahoviç İstanbul klubuna "Yuventus"dan azad agent kimi keçib.
Serbiyalı hücumçu ötən mövsüm Turin təmsilçisinin heyətində 23 oyunda 10 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun hazırkı bazar dəyəri 35 milyon avro qiymətləndirilir.