- Transfer
- 23:45 12.08.2026
“Bavariya”nın yarımmüdafiəçisi Joau Palinya karyerasını yenidən İngiltərə Premyer Liqasında davam etdirə bilər.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilir ki, 31 yaşlı futbolçu “Aston Villa” ilə şəxsi müqavilənin şərtləri barədə razılığa gəlib. Palinya həmçinin “Bayern” rəhbərliyinə Birmingem təmsilçisinə keçmək istədiyini bildirib.
Hazırda “Bavariya” və “Aston Villa” arasında Joau Palinyanın transferinin şərtləri ilə bağlı danışıqların aparılması gözlənilir.
Qeyd edək ki, portuqaliyalı yarımmüdafiəçi ötən mövsüm icarə əsasında “Tottenhem”də çıxış edib. Palinya daha əvvəl İngiltərədə “Fulhem”in də formasını geyinib.
“Transfermarkt” portalı 31 yaşlı futbolçunun bazar dəyərini 15 milyon avro qiymətləndirir.