- Transfer
- 23:45 12.08.2026
“Arsenal” “Aston Villa”nın müdafiəçisi Ezri Konsaya marağını yenidən gündəmə gətirib.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə "BBC" məlumat yayıb.
Bildirilib ki, London klubu daha əvvəl də 28 yaşlı futbolçunun transferini nəzərdən keçirib və onun üçün 30 milyon funt-sterlinq (35 milyon avro) ödəməyə hazır olub. Lakin hazırda “Aston Villa” ingiltərəli müdafiəçi üçün təxminən 60 milyon funt-sterlinq (70 milyon avro) tələb edir.
“Arsenal”ın Konsanın transferi ilə bağlı danışıqları yenidən başlatmasına səbəb Kristian Romero ilə bağlı vəziyyətdir. “Tottenhem” futbolçunun birbaşa rəqibi olan kluba keçidinə icazə vermək niyyətində olmadığını açıq şəkildə bildirib. Bu səbəbdən “Arsenal” yenidən Konsanın namizədliyinə qayıdıb.
Konsa bu mövsüm bütün turnirlərdə 11 oyunda meydana çıxıb və məhsuldar hərəkətlərlə yadda qalmayıb. Onun “Aston Villa” ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.
“Transfermarkt” portalı futbolçunun bazar dəyərini 45 milyon avro qiymətləndirir.