- Transfer
- 00:55 13.08.2026
Argentina millisinin və “Tottenhem”in müdafiəçisi Kristian Romero karyerasını İspaniyada davam etdirəcək.
90deqiqe.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Bildirilir ki, 28 yaşlı futbolçunun “Atletiko Madrid”ə transferi ilə bağlı “Tottenhem”lə danışıqlar uğurla yekunlaşıb və tərəflər razılığa gəliblər.
Romero ilə daha əvvəl “Barselona” və “Arsenal” da maraqlanıb. Kataloniya klubu argentinalı müdafiəçini “Liverpul”a icarəyə verilən Ronald Arauxonun əvəzedicisi kimi nəzərdən keçirib. Lakin “Barselona” sonradan “Mançester Siti”nin dayaq yarımmüdafiəçisi Rodri ilə bağlı danışıqlara fokuslanıb və Romero üçün rəsmi təklif göndərməyib.
“Tottenhem” isə APL-dəki birbaşa rəqibini gücləndirmək istəmədiyindən Romeronun “Arsenal”a keçidinə razılıq verməyib.
Qeyd edək ki, Kristian Romero ötən mövsüm “Tottenhem”in heyətində 32 oyuna çıxıb, 6 qol vurub və 4 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı argentinalı müdafiəçinin bazar dəyərini 50 milyon avro qiymətləndirir.