- Transfer
- 01:31 13.08.2026
“Çelsi”nin yarımmüdafiəçisi Enzo Fernandes son günlər “Mançester Siti” ilə ciddi şəkildə əlaqələndirilir.
90deqiqe.Az-ın “The Athletic”ə istinadən məlumatına görə, “Çelsi” “Mançester Siti”yə Enzo Fernandeslə bağlı ultimatum verib. London klubu “şəhərlilər”dən cümə günü saat 17:00-dək 25 yaşlı yarımmüdafiəçi üçün 120 milyon funt-sterlinq (təxminən 140 milyon avro) məbləğində rəsmi təklif təqdim etməyi tələb edib.
Əgər göstərilən vaxta qədər belə bir təklif daxil olmasa, Enzo Fernandes 2026/2027 mövsümündə “Çelsi”nin heyətində qalacaq.
Qeyd edək ki, bir sıra mənbələr argentinalı futbolçunun “Mançester Siti”nin baş məşqçisi Enzo Mareskanın komandasında görmək istədiyi oyunçulardan biri olduğunu yazıb.“Çelsi” yeni mövsümdə ilk oyununu avqustun 24-də “Fulhem”ə qarşı keçirəcək.