13 avqust 2026. Cümə axşamı

“İnter” futbolçusunu satışa çıxardı


  • Transfer
  • 01:31 13.08.2026
  • Oxunma sayı: 34
“İnter” futbolçusunu satışa çıxardı

“İnter” heyətini gücləndirmək üçün maliyyə vəsaiti əldə etmək məqsədilə futbolçularının satışını davam etdirir.

90deqiqe.Az-ın “Football Italia”ya istinadən məlumatına görə, Milan klubunun ayrılma ehtimalı olan oyunçularından biri Luis Enrike Tomas de Limadır. 24 yaşlı braziliyalı yarımmüdafiəçi ilə “Roma” maraqlanır.

Bildirilib ki, “İnter” avqustun 12-də axşam saatlarında de Limaya onun transferə çıxarıldığını bildirib. Milan təmsilçisi futbolçunun satışından təxminən 30 milyon avro əldə etməyi planlaşdırır.

Klublar transfer məbləği ilə bağlı razılığa gəlməyə yaxın olsalar da, futbolçunun özü hələ “Roma”ya keçidin zəruriliyinə tam əmin deyil. Bundan əlavə, de Limanın maaşla bağlı yüksək tələbləri paytaxt klubunu qane etmir.

Qeyd edək ki, Luis Enrike de Lima ötən mövsüm “İnter”in heyətində 43 oyuna çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.







Transfer