13 avqust 2026. Cümə axşamı

“Napoli” Qabriel Xesus transferi üçün hərəkətə keçdi


  • Transfer
  • 22:11 13.08.2026
  • Oxunma sayı: 43
“Napoli” Qabriel Xesus transferi üçün hərəkətə keçdi

İtaliyanın “Napoli” klubu İngiltərə təmsilçisi “Arsenal”ın braziliyalı hücumçusu Qabriel Xesusa marağını davam etdirir.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə “Goal” nəşri məlumat yayıb.

Bildirilir ki, Neapol təmsilçisi futbolçunun mümkün transferi ilə bağlı “Arsenal”la danışıqları yenidən aktivləşdirib. “Napoli” Romelu Lukakunun satışından sonra hücum xəttini gücləndirmək və baş məşqçi Massimiliano Alleqri üçün yeni top səviyyəli hücumçu transfer etmək niyyətindədir.

Bununla belə, İtaliya klubu heyətdə yer açmalı və transfer büdcəsini artırmalıdır. Bu məqsədlə Lorenzo Lukka və Noa Lanqın mümkün satışları nəzərdən keçirilir.

“Napoli” artıq Qabriel Xesusu birdəfəlik transfer etmək üçün “Arsenal”ın tələb etdiyi şərtlərdən xəbərdardır. Hazırda əsas məsələ isə 29 yaşlı braziliyalı hücumçunun şəxsi müqaviləsi ilə bağlı razılığın əldə olunmasıdır.







Transfer