- Transfer
- 22:48 13.08.2026
Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu “Barselona”nın yarımmüdafiəçisi Mark Kasado üçün yeni transfer təklifi hazırlayır.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə “Al Yaum” məlumat yayıb.
Bildirilib ki, Səudiyyə klubu 22 yaşlı ispaniyalını karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirməyə razı salmaq üçün daha bir cəhd göstərəcək.
“Əl-Hilal” daha əvvəl həm “Barselona”ya, həm də futbolçunun özünə transfer təklifi göndərib. Lakin Kasado bu təklifi rədd edib.
Qeyd olunur ki, yarımmüdafiəçi son vaxtlar digər klublardan da bir neçə təklif alıb. O, gələcəyi ilə bağlı yekun qərar verməzdən əvvəl bütün variantları nəzərdən keçirir.
Mərkəz yarımmüdafiəçisi mövqeyində çıxış edən Kasado ötən mövsüm “Barselona”nın heyətində 34 oyunda 1 qol vurub və 4 sarı vərəqə alıb.