13 avqust 2026. Cümə axşamı

“Mançester Siti” Enzo Fernandes üçün 120 milyon avro təklif etdi


  • Transfer
  • 22:32 13.08.2026
  • Oxunma sayı: 27
“Mançester Siti” Enzo Fernandes üçün 120 milyon avro təklif etdi

“Çelsi”nin yarımmüdafiəçisi Enzo Fernandes karyerasını “Mançester Siti”də davam etdirə bilər.

90deqiqe.Az-ın məlumatına görə, “şəhərlilər” 25 yaşlı futbolçunun transferi üçün London klubuna 120 milyon avro təklif edib.

Bildirilir ki, Fernandes “Mançester Siti”yə keçəcəyi təqdirdə vaxtilə “Çelsi”də onun baş məşqçisi olmuş Enzo Mareska ilə yenidən bir araya gələcək.

Daha əvvəl “Çelsi”nin “Mançester Siti” qarşısında transferlə bağlı sərt tələb irəli sürdüyü barədə məlumat yayılmışdı. London klubunun cümə günü axşama qədər Fernandes üçün təxminən 140 milyon avroluq təklif gözlədiyi, əks halda sövdələşmənin baş tutmayacağı iddia olunurdu.

“Mançester Siti”nin Fernandesin transferinə xərclənəcək vəsaitin bir hissəsini Rodrinin satışından əldə olunan gəlirlə qarşılaya biləcəyi bildirilir.

Qeyd edək ki, “Çelsi” 2023-cü ilin yanvarında Enzo Fernandesin transferi üçün “Benfika”ya 121 milyon avro ödəyib.







Transfer