13 avqust 2026. Cümə axşamı

“Nyukasl” “Benfika”nın müdafiəçisini transfer etməyə yaxındır


  • Transfer
  • 22:36 13.08.2026
  • Oxunma sayı: 29
“Nyukasl” “Benfika”nın müdafiəçisini transfer etməyə yaxındır

İngiltərənin “Nyukasl” klubu Portuqaliyanın “Benfika” komandasının müdafiəçisi Amar Dediçi transfer etməyə yaxındır.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə tanınmış insayder Fabrizio Romano məlumat yayıb.

Bildirilib ki, “sağsağanlar” artıq 23 yaşlı bosniyalı futbolçu ilə şəxsi müqavilənin şərtləri barədə razılığa gəliblər. Klublar arasındakı danışıqlar da yekun mərhələyə qədəm qoyub.

Transferin 30 milyon avroya başa gələcəyi gözlənilir.

Qeyd edək ki, Dediç ötən ilin yayından Portuqaliya klubunda çıxış edir. O, geridə qalan mövsümdə bütün turnirlərdə 45 matçda meydana çıxıb, 1 qol vurub və 5 məhsuldar ötürmə edib.







Transfer