- Transfer
- 23:32 13.08.2026
“Çelsi”nin argentinalı yarımmüdafiəçisi Enzo Fernandesin gələcəyi ilə bağlı yeni məlumat yayılıb.
90deqiqe.Az-ın məlumatına görə, avqustun 14-də Britaniya vaxtı ilə saat 16:00-a (Bakı vaxtı ilə 19:00) olan məlumata əsasən, London klubu Fernandes üçün heç bir rəsmi təklif almayıb.
Son günlər 25 yaşlı futbolçunun “Mançester Siti”yə keçə biləcəyi barədə xəbərlər yayılırdı. Lakin “şəhərlilər” hələlik argentinalı üçün rəsmi təklif irəli sürməyiblər.
“Çelsi” Fernandesin satışına yalnız 120 milyon funt-sterlinq (təxminən 140 milyon avro) qarşılığında razıdır. London klubunun mövqeyi dəyişməz olaraq qalır.
Transfer üçün müəyyən edilmiş son müddətin başa çatmasına 25 saat qaldığı bildirilir.
Daha əvvəl də “Çelsi”nin 14 avqust axşamına qədər 120 milyon funt-sterlinqlik təklif gəlməyəcəyi təqdirdə Enzo Fernandeslə yollarını ayırmayacağı barədə məlumat yayılmışdı.