- Transfer
- 23:32 13.08.2026
İngiltərənin “Liverpul” klubunun sabiq futbolçusu Albert Riera Serbiyanın “Srvena Zvezda” komandasının baş məşqçisi təyin olunmağa yaxındır.
90deqiqe.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
O ispaniyalı mütəxəssisin yeni klubu ilə müqavilə imzaladığını qeyd edib.
Bildirilir ki, tərəflər arasındakı razılaşma agent Endi Baranın vasitəçiliyi ilə əldə olunub.
Riera “Srvena Zvezda”da Deyan Stankoviçi əvəzləyəcək.
Qeyd edək ki, 44 yaşlı Rieranın son iş yeri Almaniyanın “Ayntraxt” klubu olub. O, 2026-cı ilin fevralından may ayınadək Frankfurt təmsilçisinə rəhbərlik edib.