- Transfer
- 23:50 13.08.2026
“Mançester Siti”nin yarımmüdafiəçisi Tijani Reyndersin Səudiyyə Ərəbistanının “Əl-Qadisiyyə” klubuna transferi yaxın zamanda rəsmən açıqlana bilər.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə “De Telegraaf” məlumat yayıb.
28 yaşlı niderlandlı futbolçunun keçidi ilə bağlı razılıq əldə olunsa da, onun hələ tibbi müayinədən keçməsi tələb olunur.
Bildirilib ki, Reynders “Əl-Qadisiyyə” ilə 4 illik müqavilə imzalayacaq. Sazişdə müqavilənin daha bir il uzadılması ilə bağlı bəndin də yer alacağı gözlənilir.
Məlumata görə, futbolçu bu müddət ərzində 100 milyon avrodan çox gəlir əldə edə bilər.
Qeyd edək ki, Tijani Reynders “Mançester Siti”də cəmi bir mövsüm keçirib. O, İngiltərə klubunun heyətində bütün turnirlərdə 50 rəsmi matçda meydana çıxıb, 7 qol vurub və 8 məhsuldar ötürmə edib.