- Transfer
- 00:20 14.08.2026
İtaliyanın “Atalanta” klubu danimarkalı müdafiəçi Tomas Kristenseni heyətinə qatıb.
90deqiqe.Az-ın məlumatına görə, Bergamo təmsilçisi futbolçunu “Udineze”dən icarəyə götürüb. Müqavilədə müəyyən şərtlər yerinə yetirildiyi halda 24 yaşlı futbolçunun transferinin məcburi qaydada həyata keçirilməsini nəzərdə tutan satınalma bəndi də yer alıb.
Tomas Kristensen “Orhus” klubunun yetirməsidir. O, 19 yaşında Danimarka çempionatında əsas komandada debüt edib. Müdafiəçi “Orhus”un heyətində 46 oyuna çıxıb və 2 qol vurub.
Kristensen 2023-cü ilin yayında “Udineze”yə transfer olunub. Ötən mövsüm İtaliya klubunun heyətində 31 matçda meydana çıxan futbolçu 3 qol vurub və 4 sarı vərəqə alıb.
Danimarka millisinin aşağı yaş qruplarında da çıxış edən Kristensen U-21 yığmasının heyətində 2025-ci ildə keçirilən Avropa çempionatında 1/4 finala qədər irəliləyib.