14 avqust 2026. Cümə

“Arsenal” Ezri Konsa üçün “Aston Villa” ilə danışıqları bərpa etdi


  • Transfer
  • 23:32 13.08.2026
  • Oxunma sayı: 29
“Arsenal” Ezri Konsa üçün “Aston Villa” ilə danışıqları bərpa etdi

“Arsenal” “Aston Villa”nın müdafiəçisi Ezri Konsanın transferi ilə bağlı danışıqları yenidən bərpa edib.

90deqiqe.Az-ın məlumatına görə,bu barədə jurnalist Ben Ceykobs sosial şəbəkə hesabında məlumat yayıb.

Bildirilib ki, London klubunun ilkin təklifi təxminən 35 milyon avro olub. Lakin “Aston Villa” bu təklifi rədd edib.

Birmingem təmsilçisi 28 yaşlı ingiltərəli müdafiəçini satmaqda maraqlı deyil və onun komandada qalmasını istəyir. Ceykobsun məlumatına görə, yalnız 70 milyon avro və ya daha yüksək məbləğdə təklif “Aston Villa”nın mövqeyini dəyişə bilər.

Qeyd edək ki, Konsanın klubla müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. O, ötən mövsüm “Aston Villa”nın heyətində 48 oyunda meydana çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib. Müdafiəçi 1 sarı və 1 qırmızı vərəqə ilə də yadda qalıb.







Transfer