14 avqust 2026. Cümə

PSJ “Ayaks”ın ulduzu üçün təklifini artırdı


  • Transfer
  • 23:36 13.08.2026
  • Oxunma sayı: 26
PSJ “Ayaks”ın ulduzu üçün təklifini artırdı

Fransanın PSJ klubu Niderlandın “Ayaks” komandasında çıxış edən Mika Qodts üçün transfer təklifini artırıb.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə “De Telegraaf” məlumat yayıb.

Bildirilib ki, Paris təmsilçisi 21 yaşlı vinger üçün bonuslar da nəzərə alınmaqla 50 milyon avrodan çox ödəməyə hazırdır. Bonusların əldə edilməsi üçün nəzərdə tutulan şərtlərin kifayət qədər real olduğu qeyd olunur.

PSJ-nin nümayəndələri yeni təkliflə bağlı “Ayaks” rəhbərliyinə telefonla məlumat veriblər. Lakin rəsmi təklif hələ Niderland klubuna göndərilməyib.

Daha əvvəl “Ayaks”ın idman direktoru Xordi Kruyff 45 milyon avroluq təklifi rədd edib. Həmin məbləğin 40 milyonu sabit ödəniş, 5 milyonu isə bonuslardan ibarət olub. Amsterdam klubu Qodtsun transferindən 60 milyon avro qazanmağı planlaşdırırdı.

Məlumata görə, hazırda hər iki tərəf bonuslarla birlikdə 55-58 milyon avro aralığında razılaşmanı real hesab edir.

Qeyd edək ki, Mika Qodts artıq PSJ ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. Belçikalı futbolçunun Paris klubu ilə 2031 və ya 2032-ci ilin yayına qədər müqavilə imzalaması gözlənilir.







Transfer