14 avqust 2026. Cümə

Ferran Torres “Barselona”dan PSJ-yə keçir


  • Transfer
  • 23:45 13.08.2026
  • Oxunma sayı: 41
Ferran Torres “Barselona”dan PSJ-yə keçir

“Barselona”nın hücumçusu Ferran Torres PSJ-yə transfer olunur.

90deqiqe.Az-ın məlumatına görə, klublar arasındakı sövdələşmənin başa çatıb.

Bildirilib ki, Paris klubu 26 yaşlı futbolçunun transferi üçün “Barselona”ya 50 milyon avro ödəyəcək. Torresin karyerasını yalnız PSJ-də davam etdirmək istədiyi qeyd olunur.

Karyerası ərzində “Valensiya”, “Mançester Siti” və “Barselona”nın formasını geyinən Ferran Torres 26 yaşındadır.

Qeyd edək ki, Torres bu yay İspaniya millisinin heyətində dünya çempionatının finalında həlledici qola imza ataraq xüsusi məqam yaşayıb.

Xatırladaq ki, PSJ çərşənbə günü UEFA Super Kubokunun qalibi olub. Paris təmsilçisi finalda “Aston Villa”nı 2:1 hesabı ilə məğlub edib.







Transfer