- Transfer
- 00:27 14.08.2026
“Çelsi” və “Napoli” klubları fransalı müdafiəçi Benua Badişilin icarəyə verilməsi ilə bağlı razılığa gəliblər.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə “Foot Mercato” məlumat yayıb.
Bildirilib ki, İtaliya klubu 25 yaşlı futbolçunun icarəsi üçün 3 milyon avro ödəyəcək. Müqavilədə Badişili 27 milyon avroya birdəfəlik transfer etmək hüququnun da yer alacağı qeyd olunur.
Badişil 2023-cü ildə “Monako”dan “Çelsi”yə 38 milyon avro qarşılığında transfer olunub.
Ötən mövsüm 25 yaşlı müdafiəçi London klubunun heyətində cəmi 16 matçda meydana çıxıb və 4 sarı vərəqə alıb. O, mövsümün əvvəlində əzələ zədələri səbəbindən bir neçə ay yaşıl meydanlardan uzaq qalıb. Mövsümün sonlarına yaxın isə ümumiyyətlə komandanın iştirak ərizəsinə daxil edilməyib.
Badişilin Fransa millisində də 2 oyunu var. O, hər iki qarşılaşmada 2022-ci ildə Millətlər Liqası çərçivəsində meydana çıxıb.