14 avqust 2026. Cümə

“Arsenal” və “Qalatasaray” Viktor Osimhen üçün danışıqlara başladı


  • Transfer
  • 00:20 14.08.2026
  • Oxunma sayı: 37
“Arsenal” və “Qalatasaray” Viktor Osimhen üçün danışıqlara başladı

“Arsenal” və “Qalatasaray” 27 yaşlı nigeriyalı hücumçu Viktor Osimhenin mümkün transferini müzakirə ediblər.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə “The Telegraph” məlumat yayıb.

Bildirilib ki, danışıqlar “Qalatasaray”ın “Arsenal”ın futbolçuları Qabriel Martinelli və İtan Nvaneriyə marağı fonunda baş tutub. İstanbul təmsilçisi artıq Martinelli üçün 44,3 milyon avroluq təklif irəli sürüb.

Osimhenlə bağlı müzakirənin hansı klubun təşəbbüsü ilə başladığı isə məlum deyil.

“Arsenal” uzun müddətdir Osimhenlə maraqlanır. Lakin London klubu nigeriyalı hücumçunu transfer prioritetləri siyahısında Xulian Alvaresdən aşağıda qiymətləndirib.

Bununla belə, “Atletiko” argentinalı futbolçu üçün yüksək məbləğ tələb edir. Üstəlik, Alvaresin əsas arzusu karyerasını “Barselona”da davam etdirməkdir.

Qeyd edək ki, Viktor Osimhen “Napoli”dən “Qalatasaray”a keçdikdən sonra İstanbul klubunun heyətində 74 oyunda 59 qol vurub.







Transfer