14 avqust 2026. Cümə

“Tottenhem” Savinyo üçün “Mançester Siti”yə 98 milyon avro təklif etdi


  • Transfer
  • 00:27 14.08.2026
  • Oxunma sayı: 44
“Tottenhem” Savinyo üçün “Mançester Siti”yə 98 milyon avro təklif etdi

“Tottenhem” “Mançester Siti”nin braziliyalı hücumçusu Savinyo üçün rəsmi təklif göndərib.

90deqiqe.Az-ın “Globo”ya istinadən məlumatına görə, London klubu 22 yaşlı futbolçunun transferi üçün 98 milyon avro ödəməyə hazırdır. Bu məbləğ “Mançester Siti”nin əvvəlcə tələb etdiyi rəqəmə uyğun olsa da, İngiltərə çempionu hələlik təklifə müsbət cavab verməyib.

Savinyo “Tottenhem”ə keçmək istəyir. Braziliyalı futbolçu bu səbəbdən cümə axşamı “Mançester Siti”nin məşqində iştirak etməyib.

Savinyo iki mövsüm ərzində “Mançester Siti”nin heyətində 84 rəsmi oyuna çıxıb, 7 qol vurub və 13 məhsuldar ötürmə edib. O, bu müddətdə komanda ilə üç titul qazanıb.

Qeyd edək ki, 22 yaşlı hücumçu ötən mövsüm 36 matçda cəmi 14 dəfə start heyətində yer alıb.

Klublar arasında danışıqlar davam edir. Transfer pəncərəsi sentyabrın 1-də bağlanana qədər məsələnin həll olunacağı gözlənilir.







Transfer