- Transfer
- 01:22 14.08.2026
“Milan”ın baş məşqçisi Ruben Amorim yeni mövsüm öncəsi heyətdə ciddi dəyişikliklər etməyə hazırlaşır.
90deqiqe.Az-ın “Sky Sport”a istinadən məlumatına görə, portuqaliyalı mütəxəssis komandanın heyətinin həddindən artıq geniş olduğunu düşünür və futbolçu sayının azaldılmasını vacib hesab edir.
Bildirilib ki, Amorim klub rəhbərliyi ilə birlikdə heyətin yenidən formalaşdırılması istiqamətində işlərə başlayıb. “Milan” rəhbərliyi oyunçularla bağlı daxil olacaq rəsmi təklifləri nəzərdən keçirərək onların komandadan ayrılmasına şərait yaratmağı planlaşdırır.
Ayrılması gündəmdə olan futbolçular arasında Fikayo Tomori, Yussuf Fofana, Devid Odoco, Filippo Terracciano, Aleks Ximenes və Pervis Estupinyan yer alır.
Bundan əlavə, Kristofer Nkunkunun da komandadan ayrılması ehtimalı var. Fransalı hücumçunun vəziyyəti isə klubda ən böyük sürprizlərdən biri kimi qiymətləndirilir.
“Milan” hücum xəttini tamamilə yenidən qurmaq istəyir. Bu səbəbdən Amorimin layihəsində gələcəyi sual altında olan Nkunku üçün gələcək təkliflərin də nəzərdən keçiriləcəyi bildirilir.