- Transfer
- 01:22 14.08.2026
“Yuventus” “Bolonya”nın müdafiəçisi Con Lukuminin transferi ilə bağlı razılığa gəlib.
90deqiqe.Az-ın məlumatına görə, tərəflər 28 yaşlı mərkəz müdafiəçisinin keçidi ilə bağlı şifahi razılıq əldə ediblər. Bu barədə italiyalı məşhur insayder Fabritsio Romano sosial şəbəkə hesablarında məlumat yayıb.
Bildirilir ki, Turin təmsilçisi kolumbiyalının transferi üçün “Bolonya”ya 20 milyon avro ödəyəcək. Müqavilədə əlavə bonusların da nəzərdə tutulduğu qeyd olunur.
Transferlə bağlı sənədlərin yaxın 48 saat ərzində rəsmiləşdirilməsi, futbolçunun isə tibbi müayinədən həftəsonu keçməsi gözlənilir.
Con Lukuminin “Bolonya” ilə hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatır.
Kolumbiyalı müdafiəçi “Bolonya”nın heyətində bütün turnirlərdə ümumilikdə 152 oyuna çıxıb. O, bu görüşlərdə 2 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.