- Transfer
- 01:22 14.08.2026
“Mançester Yunayted” “Nyukasl”ın müdafiəçisi Luis Hollun transferi üçün yenidən cəhd göstərə bilər.
90deqiqe.Az-ın “Manchester Evening News”a istinadən məlumatına görə, bu, “Nyukasl”ın “Benfika”nın futbolçusu Amar Dediclə danışıqlarda irəliləyiş əldə etməsindən sonra mümkün olacaq.
Dedic müdafiənin hər iki cinahında çıxış edə bilir. Onun transferi “Nyukasl”a Hollun mövqeyində əlavə alternativ qazandıracaq.
Luis Holl “Mançester Yunayted”in baş məşqçisi Maykl Kerrikin sol cinah müdafiəçisi mövqeyində əsas transfer hədəfi hesab olunur. 21 yaşlı ingiltərəli futbolçu uzunmüddətli perspektivdə Luk Şounun əvəzləyicisi kimi nəzərdən keçirilir.
“Nyukasl” Holl üçün təxminən 69 milyon avro tələb edir. Daha əvvəl “Mançester Yunayted”in futbolçu ilə bağlı ilk təklifinə mənfi cavab verilib.
Hollun transferi baş tutmasa, “Mançester Yunayted” alternativ variantlara yönələ bilər. Bu namizədlər arasında “Brügge”nin müdafiəçisi Xoakin Seys (35 milyon avro) və “Rasinq”in futbolçusu Xorxe Salinas (təxminən 16 milyon avro) da var.