- Transfer
- 01:22 14.08.2026
“İnter”in yarımmüdafiəçisi Davide Frattezi karyerasını “Latsio”da davam etdirəcək.
90deqiqe.Az-ın məlumatına görə, 26 yaşlı futbolçunun transferi ilə bağlı tərəflərin razılığa gəlib.
Məlumata görə, “Latsio” futbolçunu 1 milyon avro qarşılığında icarəyə götürəcək. Müqaviləyə müəyyən göstəricilərə nail olunacağı təqdirdə Frattezinin 14 milyon avroya məcburi satın alınması bəndi də daxil ediləcək.
Bundan əlavə, “İnter” futbolçunun gələcəkdə başqa kluba satışı zamanı əldə olunacaq məbləğin 50 faizini özündə saxlamağı bacarıb.
Daha əvvəl də Frattezinin “Latsio”ya keçə biləcəyi barədə məlumat yayılmışdı. Hazırda isə danışıqlarda irəliləyiş əldə olunduğu qeyd edilir.
Qeyd edək ki, İtaliya A Seriyasının yeni mövsümü gələn həftənin sonunda başlayacaq. “İnter” ötən mövsümün çempionu olduğu halda, “Latsio” turnir cədvəlində yalnız 9-cu pilləni tutub.