- Transfer
- 01:22 14.08.2026
“Tottenhem”in sol cinah müdafiəçisi Destini Udoji karyerasını İtaliyada davam etdirə bilər.
90deqiqe.Az-ın məlumatına görə, İtaliyanın “Roma” klubu 23 yaşlı futbolçunun transferi ilə bağlı rəsmi təklif hazırlayır. Bu barədə insayder Ekrem Konur məlumat yayıb.
Bildirilir ki, Udoji artıq “Roma”ya keçməyə razılıq verib. “Tottenhem” isə italiyalı müdafiəçinin transferi üçün təxminən 30 milyon avro tələb edir.
“Roma”nın futbolçunu ilkin olaraq satınalma şərti ilə icarəyə götürməyə çalışacağı gözlənilir.
Qeyd edək ki, Udoji 2022-ci ilin yayında 18 milyon avro qarşılığında “Udineze”dən “Tottenhem”ə transfer olunub. “Transfermarkt”ın qiymətləndirməsinə əsasən, futbolçunun hazırkı bazar dəyəri 30 milyon avro təşkil edir.
Müdafiəçi London klubunun heyətində ümumilikdə 94 oyuna çıxıb. O, bu görüşlərdə 2 qol vurub və 5 məhsuldar ötürmə edib.