- Transfer
- 01:22 14.08.2026
Fransanın PSJ klubu “Barselona” və İspaniya millisinin müdafiəçisi Pau Kubarsini transfer etmək istəyir.
90deqiqe.Az-ın “Tuttosport”a istinadən məlumatına görə, Paris təmsilçisinin prezidenti Nasser Əl-Xələifi 19 yaşlı futbolçunu braziliyalı kapitan Markinyosun gələcək əvəzləyicisi kimi görür. Markinyosun PSJ ilə hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.
Mənbənin bildirdiyinə görə, Kubarsi nümayiş etdirdiyi yüksək oyun anlayışı, özünəinamı, müdafiədə dəqiqliyi və hücumların arxadan qurulmasında bacarığı ilə bir sıra aparıcı Avropa klublarının da diqqətini çəkib.
Qeyd edək ki, Kubarsi bu yay İspaniya millisi ilə dünya çempionu olub və turnirin ən yaxşı müdafiəçisi seçilib.
Daha əvvəl insayder Fabritsio Romano “Barselona” ilə PSJ-nin hücumçu Ferran Torresin transferi ilə bağlı 50 milyon avroluq razılaşma əldə etdiyini açıqlayıb.