15 avqust 2026. Şənbə

“Atlanta Yunayted” İsveçrə millisinin hücumçusunu heyətinə qatır


  • Transfer
  • 22:49 14.08.2026
  • Oxunma sayı: 35
“Atlanta Yunayted” İsveçrə millisinin hücumçusunu heyətinə qatır

ABŞ-ın “Atlanta Yunayted” klubu Fransa Liqa 1 təmsilçisi “Renn”in və İsveçrə millisinin hücumçusu Breel Embolonu heyətinə qatmağa yaxındır.

90deqiqe.Az-ın “The Athletic”ə istinadən məlumatına görə, tərəflər arasında danışıqlar yekun mərhələdədir. Transferin məbləğinin təxminən 15,5 milyon avro olacağı gözlənilir.

Bu keçid baş tutacağı təqdirdə Embolo MLS tarixinin ən bahalı transferləri sırasında yer alacaq.

29 yaşlı futbolçu ötən mövsüm “Renn”in heyətində 34 oyunda meydana çıxıb. O, bu görüşlərdə 10 qol vurub və 3 məhsuldar ötürmə edib.

Embolo daha əvvəl “Bazel”, “Şalke”, Mönhenqladbax “Borussiya”sı və “Monako”da çıxış edib.

İsveçrə millisinin üzvü olan hücumçu yığmada 92 oyun keçirib və 26 qola imza atıb. O, 2026-cı il dünya çempionatında isə 2 qol vurub, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Embolonun “Atlanta Yunayted”də Migel Almiron və Azərbaycan millisinin futbolçusu Aleksey Mirançukla birlikdə hücum xəttində yer alacağı gözlənilir.

Qeyd edək ki, “Atlanta Yunayted” hazırda heyətini yenidən formalaşdırır. Komanda MLS-də mövsümün ən zəif nəticə göstərən kollektivlərindən biridir.







Transfer