15 avqust 2026. Şənbə

“Çelsi”nin qazaxıstanlı futbolçusu icarəyə göndərilir


  • Transfer
  • 23:11 14.08.2026
  • Oxunma sayı: 39
“Çelsi”nin qazaxıstanlı futbolçusu icarəyə göndərilir

Qazaxıstan millisinin və “Çelsi”nin vingeri Dastan Satpayev İngiltərə Çempionşipində çıxış edən “Börnli”yə icarə əsasında keçməyə yaxındır.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə "BBC" məlumat yayıb.

18 yaşlı futbolçu çərşənbə günü doğum günündə “Çelsi” ilə 6 illik müqavilə imzalayıb. Sazişdə müqavilənin müddətinin daha bir mövsüm uzadılması ilə bağlı bənd də yer alıb.

London klubu daha əvvəl, 2025-ci ilin yanvarında Satpayevin “Kayrat”dan transferi ilə bağlı razılığa gəlib. Keçidin məbləğinin 4,3 milyon avro olduğu bildirilir.

Satpayev artıq “Börnli”nin “Törf Mur” stadionuna gedib. O, bazar günü “Vest Hem”ə qarşı keçiriləcək oyundan əvvəl tibbi müayinədən keçməlidir.

Qeyd edək ki, Satpayev “Çelsi”nin mövsümöncəsi hazırlıq prosesində özünü yaxşı tərəfdən göstərib. O, Avstraliyanın “Vestern Sidney Uonderers” klubuna qarşı keçirilən matçda qol vurub.







Transfer