- Transfer
- 00:12 15.08.2026
“Mançester Yunayted”dən ayrılan və hazırda azad agent statusunda olan Ceydon Sanço karyerasını İngiltərədən kənarda davam etdirməyə meyllidir.
90deqiqe.Az-ın “BBC”ə istinadən məlumatına görə, 26 yaşlı vingerə İngiltərə Premyer Liqasından təkliflər olsa da, futbolçu xaricdən gələn variantlara üstünlük verir.
Sanço ilə maraqlanan klublardan biri Dortmund “Borussiya”sıdır. İngiltərə millisinin üzvü vaxtilə bu komandada çıxış edib və 158 matçda meydana çıxıb.
Sanço 2021-ci ildə Dortmund “Borussiya”sından “Mançester Yunayted”ə transfer olunub. Ötən mövsümü icarə əsasında “Aston Villa”da keçirən futbolçu 39 oyunda iştirak edib. Unay Emerinin rəhbərlik etdiyi komanda ilə Avropa Liqasının qalibi olub.
Bundan əvvəl isə Sanço “Çelsi”də icarə əsasında çıxış edib və 41 matç keçirib. Müqavilədə futbolçunun məcburi satınalma şərti olsa da, London klubu “Mançester Yunayted”ə təxminən 6 milyon avro təzminat ödəyərək futbolçunu geri qaytarıb.
Hazırda Sanço fiziki formasını qorumaq üçün İngiltərənin aşağı liqalarında çıxış edən “Flikston” klubunun heyəti ilə məşq edir.