- Transfer
- 00:12 15.08.2026
İspaniya millisinin hücumçusu Ferran Torres “Barselona”dan PSJ-yə keçəcək.
90deqiqe.Az-ın məlumatına görə, tərəflər arasında transfer razılaşdırılıb. Məlumata görə, Paris klubu 26 yaşlı futbolçunun keçidi üçün Kataloniya təmsilçisinə 50 milyon avro təzminat ödəyəcək.
Bildirilir ki, Torres karyerasını yalnız PSJ-də davam etdirmək istəyib. Tərəflər arasında bir neçə gün davam edən danışıqlardan sonra razılıq əldə olunub.
İspaniyalı hücumçunun “Barselona” ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədə idi.
Qeyd edək ki, Torres bu yay İspaniya millisinin heyətində 2026-cı il dünya çempionatında iştirak edib. O, Argentina ilə final matçında (1:0, əlavə vaxtda) komandasına qələbə qazandıran qola imza atıb.