29 sentyabr 2026. Çərşənbə axşamı

Dastan Satpayev “Çelsi”dən “Börnli”yə keçdi


  • Transfer
  • 23:42 14.08.2026
  • Oxunma sayı: 168
Dastan Satpayev “Çelsi”dən “Börnli”yə keçdi

İngiltərənin “Börnli” klubu “Çelsi”nin 18 yaşlı hücumçusu Dastan Satpayevin icarəyə götürüb.

90deqiqe.Az-ın məlumatına görə, qazaxıstanlı futbolçu 2026/2027 mövsümünün sonunadək “Börnli”nin formasını geyinəcək.

Qeyd edək ki, “Börnli” 2025/2026 mövsümündə İngiltərə Premyer Liqasını 19-cu pillədə başa vuraraq elitadan aşağı liqaya düşüb.

Daha əvvəl “Kayrat”da çıxış edən Satpayev bu yay “Çelsi”yə qoşulub. 18 yaşlı futbolçunun “Börnli”yə icarəyə verilməsi onun İngiltərədəki karyerasını davam etdirməsinə imkan yaradacaq.

“Transfermarkt” portalının məlumatına görə, Satpayevin hazırkı bazar dəyəri 3,5 milyon avro qiymətləndirilir.







Transfer

Sterlinq klub tapa bilmir
  • Transfer
  • 22:44 28.09.2026
Sterlinq klub tapa bilmir