15 avqust 2026. Şənbə

“Milan”ın sabiq kapitanı İtaliyaya qayıdır - 3 klubdan təklif


  • Transfer
  • 23:55 14.08.2026
  • Oxunma sayı: 36
“Milan”ın sabiq kapitanı İtaliyaya qayıdır  -  3 klubdan təklif

“Milan”ın sabiq kapitanı Davide Kalabriyanın Yunanıstan çempionatında “Panatinaikos”la qısa müddətli macərası başa çatıb.

90deqiqe.Az-ın “Pianeta Milan”a istinadən məlumatına görə, 29 yaşlı müdafiəçi karyerasını yenidən İtaliya A Seriyasında davam etdirməyi düşünür. Onun xidmətində üç klub maraqlıdır.

Bunlar “Torino”, “Sassuolo” və “Cenoa”dır. Sözügedən klubların hər üçünün Kalabriya ilə əməkdaşlıq imkanını nəzərdən keçirdiyi və futbolçunun transferi ilə bağlı artıq danışıqlara başladığı bildirilir.

Qeyd edək ki, İtaliya A Seriyasının yeni mövsümünə gələn həftə start veriləcək. Maraqlıdır ki, ilk turda “Milan” məhz Kalabriyanı heyətinə qatmaq istəyən klublardan biri olan “Torino” ilə qarşılaşacaq.







Transfer