- Transfer
- 01:27 15.08.2026
Argentinalı müdafiəçi Kristian Romero “Tottenhem”dən Madrid “Atletiko”suna transferini rəsmiləşdirib.
90deqiqe.Az-ın məlumatına görə, 28 yaşlı futbolçu İspaniya klubu ilə müqavilə imzalayıb.
Romero “Atletiko” ilə 5 illik müqavilə imzalayıb. Transferin məbləği 40 milyon avro təşkil edib. Bundan əlavə, “Tottenhem” argentinalı futbolçunun gələcək mümkün satışından əldə olunacaq məbləğin 15 faizini alacaq.
Qeyd edək ki, Romero 2022-ci ilin avqustundan “Tottenhem”də çıxış edirdi. Argentinalı müdafiəçi London klubunun heyətində ümumilikdə 156 oyuna çıxıb, 13 qol vurub və 7 məhsuldar ötürmə edib.
Futbolçu daha əvvəl sosial şəbəkə hesabında “Tottenhem” azarkeşləri və klubla vidalaşdığını açıqlamışdı.