15 avqust 2026. Şənbə

“Marsel”in kapitanı “Nyukasl”a keçməkdən imtina etdi, sarğısından məhrum oldu


  • Transfer
  • 00:57 15.08.2026
  • Oxunma sayı: 37
“Marsel”in kapitanı “Nyukasl”a keçməkdən imtina etdi, sarğısından məhrum oldu

“Marsel”in yarımmüdafiəçisi Pyer-Emil Höybyerq “Nyukasl”a keçməkdən imtina etdikdən sonra komandanın kapitanı sarğısından məhrum edilib.

90deqiqe.Az-ın “Daily Mail”ə istinadən məlumatına görə, “Marsel” və “Nyukasl” 31 yaşlı futbolçunun transferi ilə bağlı 17,5 milyon avro qarşılığında razılığa gəliblər. Lakin Höybyerq son anda keçiddən imtina edərək Fransa klubunda qalmaq qərarına gəlib.

Bildirilir ki, “Marsel”in sahibi Frenk Makkort danimarkalı futbolçunun qərarından narazıdır. Höybyerqin yenidən kapitan təyin olunacağı isə gözlənilmir.

Yarımmüdafiəçi avqustun 14-də “Atletiko”ya qarşı keçirilən matçda komandasının start heyətində yer alıb. Lakin kapitan sarğısını ona deyil, Timoti Veaha verilib.

Qeyd edək ki, “Marsel” maaş büdcəsini azaltmaq məqsədilə Höybyerqin satışına ümid edirdi.







Transfer