- Transfer
- 01:36 15.08.2026
“İnter” İngiltərə millisi və “Tottenhem”in müdafiəçisi Djed Spensin transferini avqustun 15-də rəsmən açıqlayacaq.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə “SportMediaset” məlumat yayıb.
İngiltərəli futbolçu artıq Milan klubunda tibbi müayinədən keçib. Lakin transfer üçün zəruri sənədləşmə prosesi hələ tamamlanmayıb. Məhz sənədlərlə bağlı yaranan gecikmə səbəbindən rəsmi açıqlamanın şənbə gününə təxirə salındığı bildirilir.
Spensin “İnter”də Madrid “Real”ına keçən Denzel Dümfrisi əvəzləyəcəyi gözlənilir. İngiltərəli futbolçu yeni baş məşqçi Kristian Kivunun sistemində sağ cinah müdafiəçisi kimi çıxış edəcək.
Qeyd edək ki, Spens ötən mövsüm “Tottenhem”in heyətində 44 matçda meydana çıxıb və 5 sarı vərəqə alıb.
Onun transferinin “İnter”ə təxminən 30 milyon avroya başa gələcəyi gözlənilir.