- Transfer
- 01:36 15.08.2026
İngiltərənin “Koventri Siti” klubu Fransanın “Monako” komandasını yoxlama oyununda məğlub edib.
90deqiqe.Az-ın məlumatına görə, “Koventri Bildinq Arena”da keçirilən qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
İngiltərə təmsilçisi 12-ci dəqiqədə hesabı açıb. Ellis Simms dəqiq zərbə ilə komandasını önə keçirib.
32-ci dəqiqədə Lum Çauna fərqi iki topa çatdırıb.
“Monako”nun yarımmüdafiəçisi Aleksandr Qolovin matça 59-cu dəqiqədə qoşulub.
Qeyd edək ki, “Koventri Siti” ötən mövsüm Çempionşipdə 95 xal toplayaraq turnirin qalibi olub. “Monako” isə Fransa Liqa 1-də 54 xalla 7-ci pilləni tutub.
Yeni mövsümün ilk turunda “Koventri Siti” avqustun 21-də səfərdə “Arsenal”la qarşılaşacaq. “Monako” isə avqustun 23-də Liqa 1-in ilk turunda səfərdə “Havr”ın qonağı olacaq.