- Transfer
- 01:36 15.08.2026
“Barselona” “Mançester Siti”nin yarımmüdafiəçisi Rodrini heyətinə qatmaq üçün danışıqları intensivləşdirib.
90deqiqe.Az-ın “Sport”a istinadən məlumatına görə, Kataloniya klubu hələlik İngiltərə təmsilçisinin ispaniyalı futbolçu üçün tələb etdiyi məbləğlə bağlı razılığa gələ bilməyib. Lakin tərəflər arasında danışıqlar davam edir.
Bildirilir ki, “Barselona” yaxın iki gün ərzində “Mançester Siti” ilə transferin şərtlərini razılaşdırmağa ümid edir. Kataloniya təmsilçisinin rəhbərliyi yeni transferin avqustun 19-da Misirin “Əl-Əhli” klubuna qarşı keçiriləcək Qamper Kuboku matçında meydana çıxmasını istəyir.
“Mançester Siti” 30 yaşlı Rodri üçün təxminən 80 milyon avro tələb edir.
Qeyd edək ki, ispaniyalı yarımmüdafiəçi artıq “Barselona”ya keçməyə razılıq verib.