15 avqust 2026. Şənbə

“Tottenhem” Savio ilə şəxsi müqavilənin şərtlərini razılaşdırdı


  • Transfer
  • 01:36 15.08.2026
  • Oxunma sayı: 27
“Tottenhem” Savio ilə şəxsi müqavilənin şərtlərini razılaşdırdı

“Mançester Siti”nin braziliyalı futbolçusu Savio “Tottenhem”ə keçməyə razılıq verib.

90deqiqe.Az-ın “ESPN Brasil”a istinadən məlumatına görə, 22 yaşlı vinger London klubunun təklif etdiyi müqavilənin şərtlərini qəbul edib. Tərəflər arasında şifahi razılaşma əldə olunub.

Növbəti mərhələdə “Tottenhem”in “Mançester Siti”yə rəsmi transfer təklifi göndərməsi gözlənilir. Bildirilir ki, London təmsilçisi “şəhərlilər”in 85 milyon funt sterlinq (təxminən 100 milyon avro) tələbini qarşılamağa hazırdır.

Savio “Mançester Siti”nin heyətində bütün turnirlərdə 84 oyuna çıxıb. O, bu matçlarda 7 qol vurub və 16 məhsuldar ötürmə edib.

“Transfermarkt” portalı braziliyalı futbolçunun hazırkı bazar dəyərini 35 milyon avro qiymətləndirir.







Transfer