15 avqust 2026. Şənbə

“Aston Villa” “Atletiko”nun müdafiəçisini transfer edir


  • Transfer
  • 22:28 15.08.2026
  • Oxunma sayı: 38
“Aston Villa” “Atletiko”nun müdafiəçisini transfer edir

İngiltərənin “Aston Villa” klubu İspaniyanın “Atletiko” komandasında çıxış edən Matteo Ruccerinin transferini rəsmiləşdirməyə yaxındır.

90deqiqe.Az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.

Bildirilib ki, tərəflər transferlə bağlı bütün zəruri sənədləri artıq mübadilə ediblər. İtaliyalı müdafiəçinin keçidi İngiltərə klubuna 25 milyon avroya başa gələcək. Müqavilədə əlavə olaraq 1,5 milyon avro bonus ödənişlərinin də nəzərdə tutulduğu qeyd olunub.

Beləliklə, bonuslar da nəzərə alınmaqla transferin ümumi məbləği 26,5 milyon avroya çata bilər. Futbolçunun yaxın günlərdə “Aston Villa”ya keçidinin rəsmən tamamlanacağı gözlənilir.

Qeyd edək ki, Matteo Rucceri 2025-ci ilin yayından “Atletiko”nun formasını geyinir. O, Madrid klubuna İtaliyanın “Atalanta” komandasından keçib.







Transfer