30 sentyabr 2026. Çərşənbə

“Yuventus” “Milan”ın futbolçusunu transfer edə bilər


  • Transfer
  • 22:37 15.08.2026
  • Oxunma sayı: 144
“Yuventus” “Milan”ın futbolçusunu transfer edə bilər

“Milan”ın fransalı yarımmüdafiəçisi Yusif Fofana karyerasını “Yuventus”da davam etdirə bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə “Pianeta Milan” məlumat yayıb.

Bildirilib ki, “Milan” hazırda futbolçunun Turin klubuna keçidi variantını nəzərdən keçirir. Komandalar arasında birbaşa rəqabətə baxmayaraq, İtaliya təmsilçisi belə bir transferin reallaşmasına qarşı deyil.

Daha əvvəl Fofananın İngiltərə klublarından çoxsaylı təkliflər aldığı və karyerasını Premyer Liqada davam etdirə biləcəyi barədə məlumat yayılmışdı.

“Milan” 26 yaşlı futbolçunun transferindən 17-18 milyon avro qazanmağı planlaşdırır.

Qeyd edək ki, İtaliya çempionatının yeni mövsümü gələn həftənin sonunda başlayacaq. “Milan” I turda səfərdə “Torino” ilə qarşılaşacaq.







Transfer

Sterlinq klub tapa bilmir
  • Transfer
  • 22:44 28.09.2026
Sterlinq klub tapa bilmir