- Transfer
- 00:36 16.08.2026
Fransanın PSJ klubu Niderlandın “Ayaks” komandasında çıxış edən Miki Qodtsun transferini rəsmən açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, 21 yaşlı belçikalı cinah hücumçusu Paris təmsilçisi ilə 2031-ci ilin yayına qədər müqavilə imzalayıb.
Qodts yeni komandasında çıxış edəcəyi üçün böyük qürur hissi keçirdiyini bildirib:
“Dünyanın ən yaxşı klublarından birinə qoşulduğum üçün inanılmaz dərəcədə qürurluyam. Bu formanı geyinmək, “Park de Prens” stadionunda azarkeşlərin yaratdığı atmosferi hiss etmək üçün səbirsizlənirəm. Prezident Nasser Əl-Xələifi, Luis Kampos və baş məşqçi Luis Enrikenin mənə göstərdiyi etimadı doğrultmaq üçün meydanda bütün gücümü ortaya qoyacağam”.
Qeyd edək ki, Qodts ötən mövsüm “Ayaks”ın heyətində bütün turnirlərdə 44 oyuna çıxıb. Belçikalı futbolçu bu görüşlərdə 17 qol vurub və 15 məhsuldar ötürmə ilə yadda qalıb.
“Transfermarkt”ın məlumatına görə, 21 yaşlı futbolçunun bazar dəyəri 35 milyon avro təşkil edir.