16 avqust 2026. Bazar günü

“Vest Hem” Çempionşipdə transfer rekordunu yenilədi


  • Transfer
  • 13:28 16.08.2026
  • Oxunma sayı: 33
“Vest Hem” Çempionşipdə transfer rekordunu yenilədi

İngiltərənin “Vest Hem” klubu heyətini Şotlandiyanın “Seltik” komandasından transfer etdiyi belçikalı yarımmüdafiəçi Arne Enqelslə gücləndirib.

90deqiqe.Az xəbər verir ki, 22 yaşlı futbolçu ilə 2031-ci il iyunun 30-dək müqavilə imzalanıb.

“Transfermarkt” portalının məlumatına görə, London təmsilçisi bu keçid üçün təxminən 26 milyon avro ödəyib. Bununla da A.Enqels Çempionşip tarixinin ən bahalı transferi olub.

Belçikalı yarımmüdafiəçi ötən mövsüm “Seltik”in heyətində 46 oyunda meydana çıxıb. O, bu matçlarda 7 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, A.Enqelsin Şotlandiya klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədə idi. “Transfermarkt” onun bazar dəyərini 20 milyon avro qiymətləndirir.







Transfer