- Transfer
- 18:12 16.08.2026
“Barselona” İngiltərənin “Mançester Siti” klubunun yarımmüdafiəçisi Rodrinin transferinə yaxınlaşıb.
90deqiqe.Az-ın “Cadena SER”ə istinadən məlumatına görə, tərəflər keçidlə bağlı yaxın günlərdə yekun razılığa gələ bilərlər. Kataloniya təmsilçisi “şəhərlilər”lə əvvəlki iki danışıqdakı uğursuz cəhdlərdən sonra təklifini artırıb.
30 yaşlı ispan futbolçunun da karyerasını “Barselona”da davam etdirmək istəməsi danışıqların müsbət istiqamətdə irəliləməsinə şərait yaradıb.
Tərəflərin bazar günü və ya bazar ertəsi yekun razılığa gələcəyi gözlənilir. “Barselona” Rodrinin avqustun 19-da keçiriləcək Joan Qamper Kuboku matçında artıq yeni komandası ilə birlikdə meydana çıxa biləcəyinə ümid edir.